Filippindəki təyyarə qəzasında qurbanların sayı 50-yə çatdı

Filippindəki təyyarə qəzasında qurbanların sayı 50-yə çatdı
  • Dünya

  • Filippində C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin sayı 50-yə çatıb.

    Bu barədə “Associated Press” hərbi rəsmilərə istinadən xəbər verib.

    Təyyarə Sulu əyalətində Holo adasına enərkən qəzaya uğrayıb. İlkin məlumata görə, eniş zamanı təyyarə uçuş zolağından kənara çıxıb.

    Ümumilikdə göyərtədə 96 nəfər, o cümlədən üç pilot və beş heyət üzvü olub. Bundan əvvəl 45 nəfərin öldüyü və beş nəfərin itkin düşdüyü xəbər verilmişdi.

    Bildirilir ki, bu hadisə Filippin Hava Qüvvələri tarixində ən böyük fəlakətdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər