“ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putin barəsində çox pis ifadələr işlədib”.
LEQAL.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 18-də C.Baydenin rusiyalı həmkarı V.Putin barədə dediklərinə münasibət bildirərkən söyləyib.
“Rusiya belə qənaətə gəlib ki, ABŞ lideri Moskva ilə münasibətləri normallaşdırmaq istəmir”, - D.Peskov vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.