Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
  • Dünya

  • Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 95 milyon nəfəri ötüb.

    LEQAL.AZ-ın məlumatına görə, bu barədə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

    Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 95 milyon 3 min 533 nəfərə çatıb. Onlardan 2 milyon 29 min 938 nəfəri ölüb.

    Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ (23 milyon 928 min 643), Hindistan (10 milyon 557 min 985) və Braziliyada (8 milyon 488 min 99) qeydə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər