Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 2 milyon 2407 nəfərə çatıb.
LEQAL.AZ pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu günədək COVID-19 səbəbindən ən çox ölüm halı ABŞ-da qeydə alınıb - 397 min 994 nəfər. Sonrakı yerləri Braziliya (207 min 160), Hindistan (151 min 954), Meksika (137 min 916), Böyük Britaniya (86 min 15), İtaliya (80 min 848), Fransa (69 min 313), Rusiya (63 min 940), İran (56 min538), İspaniya (53 min 79) tutur.
Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 93 milyon 533 mindən çox insan yoluxub. Eyni zamanda, 66 milyon 834 min 935 nəfər COVID-19 xəstəliyindən sağalıb, 24 milyon 697 minə yaxın xəstənin müalicəsi davam edir.
Dünyada koronavirusa yoluxanların təxminən yarısı üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin isə 45 faizi dörd ölkənin - ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.