Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars 4 gündür bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır.
LEQAL.AZ xəbər verir ki, Magistralda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.
Hazırda magistralda Azərbaycan, Gürcüstan, Ukrayna, İran, Rusiya, Türkiyə və Ermənistana məxsus çoxlu sayda yük avtomobili dayanıb.
Gürcüstan polisi və yol departamentinin işçiləri yolun qardan təmizlənməsinə başlayıb. Lakin intensiv yağan qar işləri daha da çətinləşdirib.