Avstriyada koronavirusa yoluxma hallarının hələ də yüksək olması və virusun yeni ştammının yayılmasını nəzərə alaraq, yerli hökumət sərt karantin rejiminin müddətini fevralın 8-dək uzadılması barədə qərar qəbul edib.
LEQAL.AZ-ın məlumatına görə, Hökumətin qərarına əsasən, fevralın 8-dən etibarən ticarət obyektləri, müştəriyə yerində xidmət göstərilən sahələr (bərbər, kosmetika salonları və s.) və muzeylər müəyyən məhdudiyyətlər altında fəaliyyətini bərpa edə biləcək. Qastronomiya və turizm obyektləri isə fevraladək bağlı qalacaq. Tədris müəssisələri qış tətili başa çatanadək (8 fevrala kimi) distant təhsili davam etdirəcək.