Güclü qarın davam etməsi və temperaturun aşağı düşməsi Türkiyədə böyük problemlər yaradıb.
LEQAL.AZ xəbər verir ki, son günlər Anadolu bölgəsində havaların kəskin dəyişməsi təsərrüfatın idarə olunmasında və nəqliyyatın hərəkətində yaratdığı çətinliklər durmadan artır.
Havaların soyuması evlərdə elektrik enerjisinin və qazın sərfini artırıb. Şoselərdə və şəhərarası yolların buz bağlaması, eləcə də qatı duman qəzaların çoxalmasına səbəb olub. Təcili yardım, yanğınsöndürən və digər xidmətlərə dair maşınlar yolların qarla bağlı olması və sürüşkənliyi səbəbindən çağırış yerinə gedərkən çətinliklərlə qarşılaşır.
Qars vilayətində qarın qalınlığı bəzi yerlərdə yarım metrdən çoxdur. Bu səbəbdən də 51 kəndlə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.
Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyini bildirirlər.(azərtac)