Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “Sinovac” vaksini ilə peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü yaxşı hiss etdiyini söyləyib.
LEQAL.AZ xəbər verir ki, dövlət başçısı Ankara Şəhər Xəstəxanasında “Sinovac” vaksini vurdurandan sonra mətbuat qarşısına çıxıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, qısa zamanda bütün Türkiyə vətəndaşlarının peyvənd olunması hədəflənir. Yaxın günlərdə daha 25-30 milyon vaksin gətirilməsi planlaşdırılır.