ABŞ İranın bir sıra şirkət, fond və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib.
LEQAL.AZ Tasnim saytına istinadla xəbər verir ki, “Astan Quds Razavi” təşkilatına, bu qurumla əlaqəli olan “Quds Razavi Mines” və “Razavi Oil And Gas Development” şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub. Eyni zamanda, təşkilatın rəhbəri Höcətulislam Əhməd Mərvi və “Bərəkət” fondunun adları da sanksiyalar siyahısına daxil edilib.
Qeyd edək ki, COVID-19 qarşı İranın milli peyvəndi məhz “Bərəkət” fondunun klinikalarında işlənib hazırlanıb. Bu peyvənd hazırda insanlar üzərində sınaqdan keçirilir.(azərtac)