“Ağ Evdə kim olur-olsun…” – Bayden də İrana tərs üzünü göstərəcək

“Ağ Evdə kim olur-olsun…” – Bayden də İrana tərs üzünü göstərəcək
  • Siyasət

  • ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə xüsusi işçi qrupunun rəhbəri Eliot Abrams Vaşinqtonun İrana qarşı apardığı maksimum təzyiq siyasətinin bundan sonra da davam edəcəyini bildirib.

    LEQAL.AZ teleqraf.com-a istinadən xəbər verir ki, diplomat ABŞ-ın İrana qarşı hərbi varianta əl atacağı ilə bağlı iddiaları rədd edib.

    Abramsın sözlərinə görə, İranda insan haqlarının kobud şəkildə pozulması, Tehranın nüvə proqramı və regionda apardığı təxribatçı fəaliyyətləri nəzərə alınaraq, islam respublikasına qarşı maksimum təzyiq siyasəti yeni Prezident Co Bayden hökuməti dövründə də davam etdiriləcək:

    “2021-ci ildə Amerikanın növbəti prezidenti kim olur-olsun, Ağ Evdə kimin olub-omamasından asılı olmayaraq, Vaşinqtonun İrana qarşı apardığı maksimum təzyiq siyasəti davam edəcək.

    Bizim İrana qarşı sanksiyaları gücləndirməyi nəzərdə tutan proqramımız var. İrana qarşı yeni sanksiyalar noyabr və dekabr aylarında da davam edəcək. Bunun siyasətlə və ya seçkilərlə hər hansı bir əlaqəsi yoxdur. Bu, ABŞ-ın xarici siyasəti prioritetləridir, İranın fəaliyyətlərinə əsasən müəyyən edilib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər