Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili siyasətdən gedir

Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili  siyasətdən gedir
  • Dünya

  • Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri Bidzina İvanişvili yenidən fəal siyasəti tərk edir.

    LEQAL.AZ-ın məlumatına görə, o, bu barədə partiya üzvlərinə və silahdaşlarına yazdığı açıq məktubda bildirib.

    B.İvanişvili Gürcüstanın siyasi həyatındakı vəzifəsini yerinə yetirdiyini və missiyasının başa çatdığını vurğulayıb.

    Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın Baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyanın sədri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər