Türkiyə XİN: ABŞ-dakı vətəndaşlarımıza qarışıqlıq olan məkanlardan uzaq durmağı tövsiyə edirik

Türkiyə XİN: ABŞ-dakı vətəndaşlarımıza qarışıqlıq olan məkanlardan uzaq durmağı tövsiyə edirik
  • Dünya

  • ABŞ-da prezident seçkilərindən sonra baş verən və bu gün nümayişçilərin Konqres binasına girməsi təşəbbüsünə qədər uzanan daxili prosesləri narahatlıqla izləyirik.

    LEQAL.AZ-ın əldə etdiyi məlumata görə, ABŞ-dakı vəziyyətlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

    Açıqlamada ABŞ-dakı bütün tərəflər qarşılıqlı olaraq sağlam düşüncəyə dəvət edilir və ölkədəki daxili böhranın anlaşma əsasında aradan qaldırılacağına inam ifadə olunur.

    ABŞ-dakı türkiyə vətəndaşlarının qarışıqlıq olan məkanlardan uzaq durması tövsiyə edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər