Trampın tərəfdarları polis barrikadasını aşaraq Konqres binasına giriblər

Trampın tərəfdarları polis barrikadasını aşaraq Konqres binasına giriblər
  • Dünya

  • ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

    LEQAL.AZ Anadolu agentliyinə istinadla xəbər verir ki, bir qrup nümayişçinin polis barrikadasını aşaraq Konqres binasına girməsi nəticəsində polisin gözyaşardıcı qazla müdaxiləsinin görüntüləri sosial mediaya əks olunun.

    Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

    Yerli mətbuatın məlumatına görə, Konqresin binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

    ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

    Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar.azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər