Yanvarın 5-də gecə saatlarından başlayaraq Türkiyənin bəzi bölgələrində kəskin dəyişən hava şəraiti bir sıra mənfi fəsadlar törədib.
LEQAL.AZ-ın məlumatına görə, bölgədə yağan leysan yağışı səbəbindən ölkənin İzmir vilayətində bəzi evləri və yeraltı avtomobil dayanacaqlarını su basıb. Yağıntı nəticəsində şəhərin piyada yeraltı keçidlərində çox miqdarda su yığılıb, yollarda iri miqyaslı gölməçələr yaranıb.
Anoloji vəziyyət İstanbulda da müşahidə edilib. Gecə boyu yağan leysan yağışı şəhərin müxtəlif bölgələrinin əsas yollarında iri miqyaslı gölməçələr yaradıb ki, bu da avtomobillərin, eləcə də piyadaların hərəkətini çətinləşdirib.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hidrometeoroloqlar tərəfindən ölkə ərazisində havanın kəskin dəyişəcəyi, güclü yağış yağacağı, mümkün sel və daşqınlarla bağlı xəbərdarlıq edilmişdi.