Noyabrın 15-dən başlayan güclü yağış Xaçmaz rayonunda bir sıra fəsadlar yaradıb.
LEQAL.AZ xəbər verir ki, güclü yağış səbəbindən yaranan sel suları Xaçmaz şəhərinin bəzi küçələrində evlərin zirzəmilərinə dolub, həyətyanı sahələri su basıb. Yollarda yaranan su gölməçələri avtomobillərin hərəkətində çətinliklər yaradıb. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb.
Sakinlərin həyətlərinə dolan suyun çəkilməsi üçün həmin ərazilərə texnika cəlb olunub.