“İctimai rəy” Fondunun keçirdiyi sorğunun nəticələrinə əsasən, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə rusiyalıların 58 faizi etimad göstərir.
LEQAL.AZ Rusiya KİV-lərinə istinadla xəbər verir ki, rəyi soruşulanların 31 faizi ona etimad bəsləmir, daha 12 faizi suala cavab verməyə çətinlik çəkir. Respondentlərin 61 faizinin fikrincə, Vladimir Putin öz postunda yaxşı işləyir, 24 faizi isə bunun əksini düşünür. Suala cavab verməyə çətinlik çəkənlər 15 faizdir.
Ümumrusiya telefon sorğusu dekabrın 11-13-də 18 yaşdan yuxarı respondentlər arasında təsadüfi nömrələr seçməklə keçirilib.