Moskvanın Qorki Leninskie kəndi yaxınlığında yerləşən Syan mağaralarını səhər saatlarında ziyarət edən 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə tamamilə kəsilib.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Təcili Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qrup təxminən saat 11-də Domodedovo şəhər dairəsindəki sözügedən mağaraya daxil olublar: “Qrupdakıların 8 nəfəri 9-12 yaş arasındadır. Təlimatçı uşaqları bir yaşlı şəxslə birlikdə mağaranı gəzməyə göndərib, özü isə çıxışda gözləyib. Saat 19:00-da mağaradan çıxmalı idilər. Onların azdığı güman edilir”.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi faktı təsdiqləyib.
Qeyd edək ki, Syan mağarası silsilə şəklində sünü yaradılıb. Uzunluğu təxminən 20 km-dir.