Hindistanın Andhra-Pradeş ştatında naməlum xəstəliyə yoluxanların sayı 848 nəfərə çatıb.
LEQAL.AZ-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ştatın Qərbi Qodavari dairəsinin inspektoru Dollu Coşi Roy bildirib.
Onun sözlərinə görə, naməlum xəstəliyə yoluxanlardan 332 nəfəri artıq sağalaraq evə buraxılıb.
Qeyd edək ki, daha əvvəl Hindistanın Andhra-Pradeş ştatında 350 nəfərin naməlum xəstəliyə yoluxduğu, 1 nəfərin isə bu xəstəlikdən öldüyü bildirilirdi.(trend)