Hindistanda COVID-19-a yoluxanların sayı 9,5 milyonu ötüb

Hindistanda COVID-19-a yoluxanların sayı 9,5 milyonu ötüb
  • Dünya

  • Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 35 min 551 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 9,5 milyonu ötüb.

    azərtac Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 526 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 138 min 648-ə çatıb. Hazırda ölkədə 422 min aktiv xəstə var.

    Son günlər Hindistanda gündəlik sağalanların sayı yoluxanların sayından çox olsa da, mütəxəssislər yanvarda ölkədə pandemiyanın ikinci dalğasının müşahidə olunacağını güman edirlər.

    Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər