Maduro Nyu-Yorka gətirilib

Maduro Nyu-Yorka gətirilib
  • Dünya

  • Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.

    "Leqal"ın məlumatına görə, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

    Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.

    Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.

    "NBC News"un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər