Rusiyada koronavirusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb
  • Dünya

  • Rusiyada ötən gün 26 338 koronavirus xəstəsi aşkar edilib.

    LEQAL.AZ xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 295 654 nəfərə çatıb.

    Bir gündə 17 247 nəfər sağalıb, 368 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 778 704 xəstə sağalıb, 39 895 nəfər ölüb. Hazırda 477 055 nəfər bu xəstəlikdən müalicə olunur.

    Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 6511 nəfər artıb.

    COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra yenidən dördüncü yerdədir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər