Rusiyada koronavirusa gündəlik yoluxma sayı ilk dəfə 27 min nəfəri ötüb

Rusiyada koronavirusa gündəlik yoluxma sayı ilk dəfə 27 min nəfəri ötüb
  • Dünya

  • Rusiyada ötən gün 27 543 koronavirus xəstəsi aşkar edilib.

    LEQAL.AZ xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 215 533 nəfərə çatıb.

    Bir gündə 26 682 nəfər sağalıb, 496 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 712 174 xəstə sağalıb, 38 558 nəfər ölüb. Hazırda 464 801 nəfər bu xəstəlikdən müalicə olunur.

    Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 7918 nəfər artıb.

    COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər