Rusiyada bir gündə 491 nəfər koronavirusdan həyatını itirib

Rusiyada bir gündə 491 nəfər koronavirusdan həyatını itirib
  • Dünya

  • Rusiyada ötən gün 24 326 koronavirus xəstəsi aşkar edilib.

    LEQAL.AZ xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 138 828 nəfərə çatıb.

    Bir gündə 23 226 nəfər sağalıb, ölənlərin sayında antirekord qeydə alınıb - 491 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 634 671 xəstə sağalıb, 37 031 nəfər ölüb. Hazırda 467 126 aktiv xəstə var.

    Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 5 838 nəfər artıb.

    COVİD-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər