Hindistan sahillərini zəhərli köpük örtüb

Hindistan sahillərini zəhərli köpük örtüb
  • Dünya

  • Hindistanın Çennai sahillərini musson yağışlarından sonra zəhərli köpük örtüb.

    "Leqal" xəbər verir ki, bu barədə "India Today" qəzeti ekspertlərə istinadən məlumat yayıb.

    Köpükün şəhər kanallarından gələn yağış sularının Pattinambakkamdakı Adyar çayının mənsəbinin yaxınlığında suya qarışdığı yerdə əmələ gəldiyi bildirilir.

    Mütəxəssislər bunun ağır kimyəvi maddələrin və fosfatların, xüsusilə insan tullantılarının və çaya axıdılan təmizlənməmiş sənaye tullantılarının qarışmasının nəticəsi olduğunu deyirlər.

    Köpük ilk baxışdan zərərsiz görünür, lakin səhiyyə orqanları ona uzun müddət məruz qalmanın ağır dəri xəstəliklərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. Ekoloqlar, öz növbəsində, onun ekosistemə təsirindən narahatdırlar. Belə bir zəhərli hadisə reproduktiv dövrü pozacaq və dəniz həyatını zəhərləyəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər