Braziliya Prezidenti koronavirusa qarşı peyvənddən imtina edib

Braziliya Prezidenti koronavirusa qarşı peyvənddən imtina edib
  • Dünya

  • İyul ayında koronavirus xəstəliyi keçirmiş Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmaq niyyətində deyil.

    LEQAL.AZ
    Braziliya KİV-lərinə istinadla xəbər verir ki, Jair Bolsonaru bu barədə sosial şəbəkələrdə yayımlanan videomüraciətində deyib.

    Prezident əlavə edib ki, bu, onun hüququdur və braziliyalılardan da məcburi vaksinasiyanı tələb etməyəcək. Jair Bolsonaru, həmçinin qoruyucu maskanın effektivliyinə şübhə ilə yanaşdığını bildirib.

    Qeyd edək ki, Braziliya ABŞ və Hindistandan sonra dünyada koronavirus pandemiyasından ən çox zərər çəkən ölkədir. Bu Latın Amerikası ölkəsində indiyə qədər 6,2 milyondan çox insan COVID-19 infeksiyasına yoluxub, 171 mindən çox xəstə isə həyatını itirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər