İrandan gələn hücumun qarşısını almaq məqsədilə İsrailin atdığı raketin qəlpələri 7 yaşlı qıza ağır xəsarət yetirib.
Leqal.az xəbər verir ki, bununla bağlı İsrailin fövqəladə xidməti məlumat verib.
Qeyd edilib ki, ağır kəllə-beyin travması alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Bundan əlavə bildirilib ki, dron və raket hücumları zamanı baş verən çaxnaşmada 31 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.