Rusiyanın Ukraynanın Dnepr şəhərinin yaxınlığına zərbə endirməsi nəticəsində eyniadlı rayonun Podqorodnenski icmasında 20 nəfər yaralanıb.
Bu barədə Dnepropetrovsk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergiy Lısak bildirib.
Onun sözlərinə görə, ümumilikdə 17 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 5 uşaq var. Onlardan üçünün vəziyyəti ağırdır.
Bundan başqa, dağıntılar altında qalanların olduğu bildirilir.//report