Ukrayna Moskvada Qələbə Gününə həsr edilən paradda iştirak edən ölkələrin hərəkətlərini qeyri-dost addım hesab edib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, ölkənin şəhər və kəndlərinin dağıdılmasına, uşaqların oğurlanmasına və işğal olunmuş ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”, - deyə Ukrayna XİN-dən bildirilib.
Qeyd edək ki, paradda Ermənistan Baş naziri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edib.