İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfərə gedib.
Leqal.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Abdullahianın Rusiyaya səfəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutub.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.