Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə həbsdən azad edilməsi tələbini rədd edib.
LEQAL.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, iclasda müvafiq qərarı hakim Giorgi Arevadze elan edib.
Bununla da Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin eks-prezidentin cəzanın icrasından azad edilməsi və ya hökmün təxirə salınması barədə vəsatəti təmin edilməyib./report