Zelenski Yanukoviç dövrünün beş sabiq məmurunun vətəndaşlığını ləğv edib

Zelenski Yanukoviç dövrünün beş sabiq məmurunun vətəndaşlığını ləğv edib
  • Dünya

  • Ukrayna Prezidenti Volodimir Zelenski Viktor Yanukoviçin prezidentliyi zamanı vəzifə tutmuş beş keçmiş məmuru ölkə vətəndaşlığından məhrum edib.

    Bu barədə UNİAN-ın müxbirinə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr məlumat verib.

    Dövlət başçısı xüsusən Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vitali Zaxarçenkonun, keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun, prezident Viktor Yanukoviç administrasiyasının keçmiş rəhbəri Andrey Klyuyevin, sabiq təhsil naziri Dmitri Tabaçnik və Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Oleksandr Yakemenkonun Ukrayna vətəndaşlığını ləğv edib.

    Həmçinin Xarkov Vilayət Şurasının deputatı Nikita Şentsev və Odessa Şəhər Şurasının deputatı Viktor Baranski Ukrayna vətəndaşlığından məhrum olunublar./report
    PAYLAŞ:

    Oxşar xəbərlər