Cənubi Koreyanın paytaxtı Seulda Hellouin izdihamı nəticəsində ölənlərin sayı 153 nəfərdən 154-ə yüksəlib.
LEQAL.AZ xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında 14 ölkədən 26 əcnəbi var. 130-dan çox adam yaralanıb.
Ölənlərin 98-i qadın və 56-sı kişidir. Polis 154 qurbandan 153-nün şəxsiyyətini müəyyənləşdirib və onların ailələrinə məlumat verilib.
Qeyd edək ki, hadisə oktyabrın 29-da baş verib. Cənubi Koreyada matəm elan edilib./qafqazinfo
www.leqal.az