Qazaxıstanda meşə yanğınlarına yaxın kəndlərin sakinləri təxliyə edilir

Qazaxıstanda meşə yanğınlarına yaxın kəndlərin sakinləri təxliyə edilir
  • Dünya

  • Qazaxıstanın şimalındakı Kostanay vilayətində meşə yanğınlarına yaxın kəndlərin 1 000 nəfərdən çox sakini təxliyə edilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Yanğın güclü külək nəticəsində sürətlə yayılmağa başlayıb. İndiyədək 3 000 hektara qədər meşə sahəsi yanıb.

    Fövqəladə hallar naziri Yuri İlin yanğının Amankaraqay kəndi yaxınlığındakı neft bazasına keçməsi təhlükəsi barədə xəbərdarlıq edib.

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətinə gözlənilən işgüzar səfəri zamanı əməliyyat qərargahına baş çəkməyi və meşə yanğınlarının aradan qaldırılması üçün görülən tədbirlərlə tanış olmağı planlaşdırır./report
    PAYLAŞ:

    Oxşar xəbərlər