İsrailin paytaxtı Təl-Əvivdə, eləcə də digər iri şəhərlərdə həyəcan siqnalları işə düşüb.
Bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, həmçinin İsrailin Qəzza zolağına zərbələri nəticəsində ölənlərin sayı 36-ya çatıb, 311 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün Misirin vasitəçiliyi ilə İsrail və Fələstin arasında atəşkəslə bağlı danışıqlar aparılıb. Danışıqların nəticəsi olaraq İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmışdı./qafqazinfo
***
İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında ölənlərin sayı 41-ə çatıb, onlardan 15-i uşaq və 4-ü qadındır.