Bu, Üçüncü dünya müharibəsinə səbəb olacaq - Tramp

Bu, Üçüncü dünya müharibəsinə səbəb olacaq - Tramp
  • Dünya

  • “Ukraynadakı münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər”.

    Leqal.Az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

    O, bildirib ki, ABŞ-ın siyasəti ilə bağlı Ukrayna münaqişəsi III Dünya Müharibəsinə qədər uzana bilər.

    “Ola bilsin ki, bu, bizim etdiklərimizə görə Üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. Biz sadəcə olaraq 16 milyard dollara əlavə olaraq 40 milyard dollar verdik, cəmi 56 milyard dollar” - Tramp bildirib.

    Keçmiş prezident vurğulayıb ki, Amerikanın müttəfiqləri Ukraynanı dəstəkləyir, lakin “onlar bizim verdiyimizin yalnız kiçik bir hissəsini verdilər”: “Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi”.

    Onun fikrincə, Ukrayna münaqişəsi sövdələşmə ilə yekunlaşmalıdır və ABŞ-ın Kiyevə köçürdüyü “milyonlar və milyardlar” “səhv istiqamətə gedir”./Publika.az
    PAYLAŞ:

    Oxşar xəbərlər