Qırx NATO hərbi gəmisi İsveç sahillərinə gəldi

Qırx NATO hərbi gəmisi İsveç sahillərinə gəldi
  • Dünya

  • Baltik dənizində ən böyük hərbi təlimlərdən biri olan “Baltops 22”də iştirak edəcək NATO-nun 40 hərbi gəmisi İsveçin paytaxtı Stokholmda lövbər salıb.

    ABŞ-ın “USS Kearsarge” adlı hərbi gəmisini ziyarət edən İsveç müdafiə naziri Peter Hultqvist ABŞ Baş Qərargah rəisi general Mark Milli ilə gəmini gəzdikdən sonra mətbuat konfransı keçirib.

    “Baltops 22”nin sabah başlayacağını xatırladan Hultqvist, gəmilərin təlimdən oncə ev sahibi İsveçdə toplaşdığını bildirib.

    “Bu yaxınlarda baş verənləri yeni soyuq müharibə və ya yeni dəmir pərdə adlandıra bilərik. Bunu avtoritar dövlətlərlə demokratik Avropa arasındakı qarşıdurma kimi də qiymətləndirə bilərik. Bu gün NATO təmsilçiləri Stokholmdakı gəmilərdə toplaşıblar. Bu, regionumuzun təhlükəsizliyinin vacibliyindən xəbər verir”, - deyə nazir bəyan edib.

    ABŞ Baş Qərargah rəisi Milli də İsveçin NATO-ya üzvlüyünün hərbi və strateji əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, İsveç Quru Qoşunları istənilən səviyyədə olmasa da, ölkə yüksək səviyyəli hava qüvvələrinə, müasir texniki təchizata və güclü donanmaya malikdir.

    Qeyd edək ki, Türkiyənin iştirak etdiyi təlimə İsveç və Finlandiya da qatılacaq.

    Mənbə: TRT
    PAYLAŞ:

    Oxşar xəbərlər