“Putinlə görüşdən qorxmuram”

“Putinlə görüşdən qorxmuram”
  • Dünya

  • “Müharibəni bitirməyin iki yolu var - diplomatik və hərbi”.

    “Leqal.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransı zamanı deyib. O, Rusiya prezidenti ilə görüşmək istədiyini də bildirib. 

    "Mən müharibəni dayandırmaq və ona son qoymaq istəyirəm. Diplomatik yol da var, hərbi də. İstənilən sağlam insan diplomatik yolu seçir, çünki bilir ki, çətin də olsa, milyonlarla insanın itkisinin qarşısını ala bilər”, - Zelenski qeyd edib. 

    Zelenski əlavə edib ki, heç bir liderin müharibənin diplomatik yolla həllini ləğv etmək hüququ yoxdur:

    "Mən Vladimir Putinlə görüşdən qorxmuram. Sadəcə olaraq qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi, yalın əli ilə tankları dayandırdı. Bəli, insanlar övladları üçün qorxur. Buna görə də, söhbət dövlətçiliyimizdən və müstəqilliyimizdən gedirsə, normal lider qorxmamalıdır”./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər