Ukrayna Prezidenti: “Bu müharibəni onu başladan şəxs dayandıra bilər”

Ukrayna Prezidenti: “Bu müharibəni onu başladan şəxs dayandıra bilər”
  • Dünya

  • “Mən əvvəldən Rusiya Federasiyasının lideri ilə birbaşa danışıqlar aparmaqda israrlı idim”.

    Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.

    Ukrayna lideri vasitəçilər vasitəsilə istənilən görüş formatının istənilən nəticəyə gətirib çıxarmayacağını bildirib.

    “Düşünürəm ki, vasitəçilər vasitəsilə istənilən görüş formatı və ya dost ölkələr vasitəsilə Rusiya Federasiyasının rəhbərinə məlumat ötürülməsi istənilən nəticəni verməyəcək. Mən hesab edirəm ki, bu müharibəni onu başladan şəxs dayandıra bilər”, - deyə Volodimir Zelenski fikrini tamamlayıb./oxu.az

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər