Yelena Zelenskaya: “Türkiyənin dəstəyini həm sözdə, həm də əməldə hiss etdik”

Yelena Zelenskaya: “Türkiyənin dəstəyini həm sözdə, həm də əməldə hiss etdik”
  • Dünya

  • Ukraynadan Türkiyəyə 973 uşaq təxliyə edilib.

    Bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya “Anadolu” agentliyinə müsahibəsində bildirib.

    Rusiya ilə müharibə fonunda Ukraynadakı internat məktəblərində uşaqların təhlükəsizliyinin təmin edilməsi mövzusunu şərh edən birinci xanım bu məsələdə göstərdiyi dəstəyə görə Türkiyəyə səmimi təşəkkürünü bildirib.

    “Bilirsiniz, müharibədən düz 3 həftə əvvəl biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Kiyevdə qəbul etdik. Ölkələrimiz arasında diplomatik münasibətlərin 30-cu ildönümü idi. Səmimi bir görüş oldu... Bunun 2 ay əvvəl olduğunu düşünəndə mənə elə gəlir ki, bu keçmiş həyatdandır. Çünki həmin vaxtdan həyatımız tamamilə dəyişdi”, - deyə Zelenskaya bildirib.

    Onun sözlərinə görə, müharibədən əvvəlki həyatdan qalan dostluq – indi də var və hətta artıb.

    “Rusiya hələ “xüsusi əməliyyat”la bağlı yalan danışarkən, xanım Əminə Ərdoğan informasiya cəbhəsində bizi dərhal dəstəkləyib, həmrəylik ifadə edib”, - deyə Ukrayna liderinin xanımı qeyd edib.

    Ukraynanın birinci xanımı xatırlayır ki, Kiyev uşaqlar üçün təhlükəsiz yerlər axtarmağa başlayanda (ölkədə heç bir şəhər təhlükəsiz deyil, çünki Rusiya raketlərinin hər yerə zərbə endirmə ehtimalı var) Türkiyə ən arzuolunan variantlardan biri idi.

    “Bizə dəstək olmaq üçün Əminə xanıma müraciət etdim. Ukraynalı uşaqların təxliyyəsində iştirak edən böyük bir komandanın, o cümlədən Türkiyədəki səfirliyimizin, Ukraynanın yerli hakimiyyət orqanlarının nümayəndələrinin, himayədarların və könüllülərin səyi nəticəsində artıq 973 uşağımız təxliyə olunub. Bir sözlə, Türkiyənin dəstəyini həm sözdə, həm də əməldə hiss etdik”, - deyə Yelena Zelenskaya vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər