Zelenski İspaniya və Danimarkanın baş nazirləri ilə görüşdü

Zelenski İspaniya və Danimarkanın baş nazirləri ilə görüşdü
  • Dünya

  • İspaniyanın baş naziri Pedro Sançes və Danimarkanın Baş naziri Matte Frederiksen Ukraynaya səfər ediblər.

    Onlar əvvəlcə Borodyankanı ziyarət ediblər. İspaniyanın hökumət başçısı burada gördüklərindən dəhşətə düşdüyünü deyib.

    “Borodyanka küçələrində Putinin müharibəsinin dəhşətlərini və vəhşiliklərini görəndə şok oldum. Biz Ukrayna xalqını tək qoymayacağıq”, - deyə Sançes özünün “Twitter” hesabında yazıb./oxu.az/

    Bundan sonra onlar Kiyevə yollanıblar və prezident Volodimir Zelenski ilə görüşüblər.

    Zelenski qonaqlara səfərlərinə və Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkür edib.

    Mənbə: 24 Kanal
    PAYLAŞ:

    Oxşar xəbərlər