Dünyanın ən yaxşı qırıcı təyyarə pilotu Ukraynada döyüşdə öldü

Dünyanın ən yaxşı qırıcı təyyarə pilotu Ukraynada döyüşdə öldü
  • Dünya

  • Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə ölüb.

    “Leqal.az” Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman həlak olub.

    Prezident Volodimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı ilə təltif edib.

    A. Oksançenkonun 2 mindən çox uçuş saatı olub. O, ən çətin manevrləri, elementləri uğurla həyata keçirib.

    “SIAF”, “The Royal International Air Tattoo”, “International Airshow-2017”, “Czech International Air Fest” aviaşoularında uçuşları ilə məşhurluq qazanıb. //Qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər