Türkiyənin Hakkari vilayətinin Derecik rayonu ərazisində yol inşaatında çalışan işçilər PKK terrorçularının hücumuna məruz qalıblar.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, raket atəşi nəticəsində bir işçi ölüb, ikisi yaralanıb.
Milli Müdafiə Nazirliyinin birlikləri isə Hakkarinin Şemdinli rayonu ərazisində terror hazırlığında olan iki terrorçunun yerini təsbit edərək zərərsizləşdiriblər.