Ukraynada son sutka ərzində 39 620 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövrü üçün maksimum göstəricidir. Gün ərzində ən çox yoluxma Odessa, Jitomir və Lvov vilayətlərində qeydə alınıb.
"Leqal.az" Ukrayna Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, gün ərzində 4136 nəfər xəstəxanaya yerləşdirilib, 210 nəfər ölüb, 9380 nəfər isə sağalıb.
Ukraynada pandemiya dövrü ərzində 4 169 897 nəfər xəstələnib, 100 809-u ölüb. /Azərtac/