Gürcüstanın baş naziri ikinci dəfə koronavirusa yoluxdu

Gürcüstanın baş naziri ikinci dəfə koronavirusa yoluxdu
  • Dünya

  • Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştammına yoluxub.

    Bu barədə bazar ertəsi Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    “İrakli Qaribaşvilinin koronavirus testi müsbət çıxıb. O, distant rejimdə işləməyə davam edəcək. Baş nazirin “omikron” ştammına yoluxduğu təsdiqlənib. Hökumət başçısı özünü yaxşı hiss edir”, - deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Qaribaşvili artıq ikinci dəfədir koronavirusa yoluxur.

    Gürcüstan hökumətinin başçısı ilk dəfə 2021-ci ilin aprelində ölümcül virusa tutulmuşdu.

    Ötən ilin sentyabrında Baş nazirə koronavirusa qarşı peyvənd vurulub. /oxu.az/

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər