İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirən vətəndaşlarımızın sayı 83-ə çatıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.
962 nəfərin yaralı olaraq xilas edildiyini qeyd edən nazir hadisə baş verən andan indiyədək bölgədə 4 min 424 yaşayış binasında, 33 min 434 ofis, mağaza və sairə yerlərdə araşdırmaların aparıldığını bildirib. Qeyd edilib ki, bölgədə təcili söküləcək binaların sayı 58-ə çatıb.