Putinin birbaşa yayımını aparan azərbaycanlı kimdir?

Putinin birbaşa yayımını aparan azərbaycanlı kimdir?
  • Cəmiyyət

  • Rusiya prezidenti Vladimir Putinin bu dəqiqələrdə keçirdiyi “Birbaşa xətt”in aparıcılarından biri azərbaycanlıdır.

    LEQAL.AZ-ın məlumatına görə, Putinin xalqla təmasını “Rossiya” telekanalının aparıcısı Nailə Əsgərzadə və “Birinci kanal”ın əməkdaşı Yekaterina Berezovskaya qurur.

    Nailə Əsgərzadə  13 dekabr 1987-ci ildə Bakıda anadan olub. Volqoqradda fransız liseyini bitirib. Daha sonra Volqoqrad Dövlət Universitetini və Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

    Onun atası Vaqif Əsgərzadə ixtisasca mühəndis-geofizik olub. Amma sonradan bizneslə məşğul olmağa başlayıb.

    Əsgərzadə əvvəlcə NTV, sonradan isə RBK kanalında çalışıb.

    lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər