Bərbər və gözəllik salonlarının fəaliyyəti ilə bağlı dəyişiklik

Bərbər və gözəllik salonlarının fəaliyyəti ilə bağlı dəyişiklik
  • Cəmiyyət

  • Bərbər və gözəllik salonlarının fəaliyyəti ilə bağlı dəyişiklik - Yeni qaydalar

    Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

    LEQAL.AZ  Trend-ə istinadən bildirir ki, bu, "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"də əksini tapıb.

    Qaydalara aşağıdakılardır:

    Onlayn növbə qəbul sisteminin tətbiqi;

    Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

    İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

    Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
    olunmalıdır;

    Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

    Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
    əlcəkdən istifadəsi məcburidir;

    Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

    Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
    dezinfeksiya edilməlidir;

    Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;

    Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər