29-10-2020, 12:49
Oxunma sayı:
331
Cəmiyyət
LEQAL.AZ xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.
Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi - qəlbdən təbrik edirəm ! Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır . Bizi etibarlı və möhkəm dostluq , qardaşlıq telləri bağlayır . Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik . Bizim dərdimizə necə şərik olduğunuzu görürük . Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin , dostluğun , səmimiyyətin möhkəmliyini göstərir . Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun ! Bütün Türkiyə xalqına möhkəm cansağlığı , xoşbəxtlik və sülh arzu edirəm . Uca Tanrı xalqlarımızı qorusun !