İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub

İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub
  • Cəmiyyət

  • Bərdə, 29 oktyabr, T.Ağaməmmədov, foto T.Babayev, AZƏRTAC

    Sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bunu Bərdədə jurnalistlərə açıqlamasında deyib.

    “Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Azərbaycanda törədilən bu teror aktı onun döyüşdə olan uğurları ilə bağlıdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfəsində döyüşlərdə uğurlar əldə etdikdə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir”, - deyə Baş prokuror bildirib.

    Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları oktyabrın 29-da Bərdəyə səfər ediblər. Səfərin məqsədi diplomatları oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər