Masallıda rayon rəhbəri Kolatan kəndində çay plantasiyası ilə tanış olub

Masallıda rayon rəhbəri Kolatan kəndində çay plantasiyası ilə tanış olub
  • Cəmiyyət

  • Bu gün, 27 may 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Kolatan ərazisində olan çay plantasiyasında görülən işlərlə, çay yığımı ilə  tanış olub.

    Təcrübəli çay ustası, «Əmək» ordenli fermer E.Sadıqov Masallı Rayon İcra Hakimiyyətinin başçısına plantasiya barədə geniş məlumat verildi. Bildirildi ki, sovetlər dönəmində Kolatanda böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Amma, gördüyümüz bu 4 hektar plantasiya kənd sakinlərinin təkidi ilə  qalıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. Ərazidə yaradılan bu şəraitdən səmərəli istifadə edilir.

    Fermer təsərrüfatının 4 hektar torpaq sahəsi var. Çay plantasiyalarına qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Nəticəsdə burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.
    Fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. İndiyə kimi Lənkəran çay fabrikininə 3 tondan yuxarı «yaşıl qızıl» təhvil verilib.
    Çay ustaları yığımı gündən-günə sürətləndirirlər.

    Axırda çay plantasiyalarını gəzib, çaybecərənlərin işi ilə yaxından tanış olub, onları diqqətlə dinləyən rayon rəhbəri burada çalışan qadınların hər bitrinə maddi yardım vermək üçün tapşırıqlarını verdi, çay dərən qadınlara, -Məhsulunuz bol olsun!-dedi.

    Müəllif: Əlihüseyn ŞÜKÜROV.
    PAYLAŞ:

    Oxşar xəbərlər